Tbilisidə etirazlar yenidən başladı - VİDEO  - YENİLƏNİB
17 aprel 2024 23:49 (UTC +04:00)

Tbilisidə etirazlar yenidən başladı - VİDEO - YENİLƏNİB

Tbilisidə Parlament binası qarşısına toplanmış etirazçılar hökumət administrasiyasına yürüş ediblər.

Lent.az xəbər verir ki, minlərlə etirazçı Baş nazir İrakli Kobaxidzenin nümayiçilərin qarşısına çıxmasını tələb edirlər.

Əraziyə çox sayda polis cəlb edilib, gərginlik artıb.

Aksiyaçılar polisə su şüşələri atıblar, saxlanılanlar var.

Ərazidə internetdən istifadədə problemlər var.

***

Saat 21:45

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar dörd gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün aksiyada iştirak edənlərin sayı əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Hazırda parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayan minlərlə etirazçı "Rusiya qanununa yox", "Avropaya hə, Rusiyaya yox" şüarları səsləndirirlər.

Etiraz aksiyasına müxtəlif universitetlərin tələbələri də qoşulub. Əvvəlki günlərdən fərqli olaraq bu gün əraziyə xüsusi təyinatlı polis dəstələri səfərbər edilməyib, onların avtobuslarda gözlədildiyi bildirilir.

Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

 

# 2070
avatar

Oxşar yazılar

Magistralda maşınlar toqquşdu,  ölənlər var

Magistralda maşınlar toqquşdu, ölənlər var

30 aprel 2024 , 07:24
Baydenin oğlu telekanalı məhkəməyə verir

Baydenin oğlu telekanalı məhkəməyə verir

30 aprel 2024 , 06:23
Helikopter qəzaya uğradı, 9 əsgər öldü

Helikopter qəzaya uğradı, 9 əsgər öldü

30 aprel 2024 , 05:44
Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

30 aprel 2024 , 05:11
Fələstinə dəstək göstərən tələbələr həbs edildi

Fələstinə dəstək göstərən tələbələr həbs edildi

30 aprel 2024 , 04:02
Şəhərdə ATIŞMA:  polislər öldü

Şəhərdə ATIŞMA: polislər öldü

30 aprel 2024 , 03:47
Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

30 aprel 2024 , 02:22
Odessa vuruldu: 4 ölü, 18 yaralı var

Odessa vuruldu: 4 ölü, 18 yaralı var

29 aprel 2024 , 22:19