Rusiyada 47 yaşlı Krasnoyarsk sakini suqarışdırıcı ilə (duş) tanışı qadını vəhşicəsinə döyərək öldürüb.
Lent.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.
Hadisə hələ 2022-ci ilin iyulunda baş verib, lakin cinayət işi yalnız indi açılıb.
Qətl hadisəsi səhər saatlarında tərəflər arasında baş verən münaqişədən sonra baş verib.