Taliban” yaraqlıları dəfələrlə yemək bişirməyi tələb etdikləri dörd uşaq anasının evinə gəliblər, qadın sonuncu dəfə onlara qulluqdan imtina etdikdə, onu döyərək öldürüblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu haqda öldürülən qadının qızı məlumat verib.
Qız, taliblərin üç dəfə anasının yanına gəldiyini və 15 döyüşçünü qidalandırmaq istədiyini söyləyiblər. Qadın onlara əmri yerinə yetirmək üçün imkanlarının və qabiliyyətinin olmadığını izah etməyə çalışıb. Qızının dediyinə görə, anası taliblərin yenidən gələcəyini bilirdi.
Qruplaşma üzvləri dördüncü dəfə ailənin yanına gəldikdə və silahlılar yenidən rədd cavabı eşidəndə çox uşaqlı ananı yerə yıxıblar və uşaqların gözü qarşısında döyməyə başlayıblar.
“Anam huşunu itirib və AK-47-ləri ilə onu vurmağa davam ediblər”, - qız söyləyib.
Qız taliblərin dayanmasını istəyib. Silahlılar qadını döyməyi bitirdikdən sonra qonşu otağa qumbara ataraq qaçıblar.