Tacikistan Qırğızıstanla sərhəddəki konflikti yalnız siyasi-diplomatik yolla həll edəcək.
Lent.az xəbər verir ki, bunu Tacikistanın Xarici işlər naziri Sirociddin Muhriddin BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.
“Tacikistan və Qırğızıstan bütün ikitərəfli məsələlərin istisnasız olaraq siyasi-diplomatik yolla həllinə qərar verib. Tacikistan bu prinsipə sadiqdir və sadiq qalacaq” – deyə diplomat vurğulayıb.