Suriyada baş verən dağıdıcı zəlzələdə ölən ermənilərin sayı artıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ermənistanın Diasporla İş üzrə Baş Komissarlığı Aparatının Strategiyanın inkişafı şöbəsinin rəhbəri Ovannes Aleksanyan məlumat verib. “Hazırda verilən məlumata görə, ümumilikdə 4 erməni öldüb”.
***
13:25
Suriyada zəlzələ nəticəsində ölənlər arasında ermənilər də var.
Lent.az bildirir ki, bu barədə Ermənistanın həftəlik “Qandzasar” qəzeti məlumat yayıb.
Digər məlumata görə, Suriyada baş verən zəlzələ nəticəsində Hələbdə həlak olanlar arasında ana və oğul Mirna və Alper-Narek Tenekeçyan adlı iki erməni də var.
“İlkin məlumatlara görə, onlar Hələbin ermənilərin məskunlaşdığı ərazidəki mənzillərinin dağıntıları altında qalıblar. Onların ailəsinin digər üzvləri şəhərdən kənarda olublar”, - məlumatda bildirilir.
Qeyd edək ki, son məlumatlara görə, ölənlərin sayı 300-ə yaxınlaşır.