Sunami zamanı itləri xilas edərkən QADINI DALĞA APARDI
18 yanvar 2022 06:20 (UTC +04:00)

Sunami zamanı itləri xilas edərkən QADINI DALĞA APARDI

0

Tonqo Krallığının paytaxtı Nukualofada baş verən sunami zamanı it sığınacağının müdiri Anjela Qlover heyvanları xilas etməyə çalışarkən ölüb. 

Lent.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, 50 yaşlı britaniyalı qadın və onun əri evlərinin yaxınlığında dalğanın təzyiqindən bir-birilərindən ayrı düşüblər. Hər ikisi heyvanları xilas etmək üçün səy göstəriblər. 

Mərhumun qardaşı Nik Elaney deyib ki, bacısının əri ağacdan yapışmağı bacarıb, Anjela və heyvanları dalğa aparıb. 

Qadının cəsədi bazar ertəsi səhər aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1630

Oxşar yazılar