Rusiyanın keçmiş dövlər katibi Gennadi Burbulis 77 yaşında vəfat edib.
Lent.az-ın xəbərinə görə, bu barədə TASS-a onun yaxınları məlumat verib.
Onlar bildiriblər ki, Burbulis Bakıda qaldığı oteldə dünyasını dəyişib.
Qeyd edək ki, Gennadi Burbulis 1945-ci ildə anadan olub. Sovet dövründə və müstəqil Rusiyada bir çox mühüm vəzifədə çalışıb. RSFSR-in dövlət katibi işləyib. O, 8 dekabr 1991-ci ildə imzalanmış belovejsk sazişinin hazırlanmasında iştirak edib.