Soyunma otağında qızları çəkən  yeniyetmə saxlanıldı
16 may 2026 11:25 (UTC +04:00)

Soyunma otağında qızları çəkən yeniyetmə saxlanıldı

0

Niderlandda polis Almaniyadan olan 17 yaşlı yeniyetməni akvapark ziyarətçilərini gizli şəkildə çəkmək şübhəsi ilə saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə mayın 14-də Duinrell əyləncə parkının Tikibad spa zonasında baş verib. Yerli KİV-in məlumatına görə, gənc orada həmyaşıdları ilə istirahət edirmiş.

İddialara əsasən, yeniyetmə mobil telefonu soyunub-geyinmə otaqlarının arakəsmələri arasından uzadaraq qonaqları paltar dəyişərkən çəkib. Şübhəli davranışı görən şahidlər təhlükəsizlik xidmətinin əməkdaşlarına müraciət ediblər. Bundan sonra gənc hovuz zonasında saxlanılaraq polisə təhvil verilib.

Hüquq-mühafizə orqanları zərərçəkənləri dindirib. Təhqiredici davranışla bağlı bir qız şikayət edib.

Daha sonra məlum olub ki, yeniyetmə daha əvvəl də akvapark əməkdaşlarında şübhə doğurub. Hazırda müstəntiqlər onun telefonunun məzmununu araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar