Şoyqu Ukraynadakı itkilərə görə  ordu komandirini   vəzifəsindən azad etdi
22 mart 2022 19:59 (UTC +04:00)

Şoyqu Ukraynadakı itkilərə görə ordu komandirini vəzifəsindən azad etdi

Müdafiə naziri Sergey Şoyqu Ukraynada böyük döyüş itkilərinə görə Rusiyanın 6-cı ordusunun komandiri Vladislav Yerşovu vəzifəsindən azad edib.

Lent.az bildirir ki, bu barədə “Ukrayna 24” telekanalı journalist Roman Tsimbalyuka istinadla məlumat yaylb. 

“İlkin məlumatlara görə, 6-cı Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinin itkisi 2000-dən çox hərbi qulluqçudur ki, onlardan 180-ə yaxını çağırışçılardır”, - Tsimbalyuk özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda general Yerşov ev dustaqlığındadır, onun barəsində araşdırma aparılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3696

Oxşar yazılar