Sosial şəbəkələrin bağlanması təklif edildi
02 iyul 2023 06:34 (UTC +04:00)

Sosial şəbəkələrin bağlanması təklif edildi

Fransa Kommunist Partiyasının lideri Fabien Russel iğtişaşlar zamanı ölkədə sosial şəbəkələrin bağlanmasını təklif edib.

Lent.Az xəbər verir ki, o, bu barədə “France Info” radiostansiyasına müsahibəsində bildirib.

Fabien Russel sosial medianın rolunun araşdırılmalı olduğunu söyləyib. Qeyd edib ki, ölkədə iğtişaş olanda sosial şəbəkələr söndürülməlidir. “Mən sosial şəbəkələrə münasibətdə fövqəladə vəziyyətin tətbiqinə üstünlük verirəm”, - deyə siyasətçi əlavə edib.

Russelin çıxışı sosial şəbəkələrdə ciddi tənqidə məruz qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

Oxşar yazılar