Hindistanda bir ailə smartfon almaq üçün 8 aylıq körpəsini satıb.
Lent.az "Inquirer News"a istinadən xəbər verir ki, polis ana və körpəni ödəmə kimi qəbul edən qadını saxlayıb.
Qeyd olunub ki, ana ailənin 7 yaşlı qızını da satmağa çalışıb.
Həmçinin körpənin atası da saxlanılıb, ailənin körpəni smartfon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilir.