İtaliyanın Ladispoli şəhərində sirkdən qaçan şir yerli sakinləri evlərinə qapanmağa məcbur edib.
Lent.az xəbər verir ki, bu barədə şəhərin meri Alessandro Qrando bildirib. Bu gün isə şir tutulub.
“Şirə yuxu dərmanı verildi və tutuldu. İndi o, sirk işçilərinə təhvil veriləcək”, - Qrando bildirib.