“Sinəmi və ombamı ovmağa başladı”  - Trampa yeni cinsi təcavüz  İTTİHAMI
24 oktyabr 2024 17:10 (UTC +04:00)

“Sinəmi və ombamı ovmağa başladı” - Trampa yeni cinsi təcavüz İTTİHAMI

Bu dəfə keçmiş model Steysi Uilyams Trampı cinsi təcavüzdə ittiham edib.

Prezident seçkilərinə iki həftə qalmış keçmiş model Steysi Uilyams açıq şəkildə Donald Trampı 1993-cü ildə baş verən cinsi təcavüzdə ittiham edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, hadisə biznesmen Ceffri Epşteynlə birlikdə gəldiyi “Trump Tower”də baş verib. Uilyams iddia edir ki, Tramp onu özünə yaxınlaşdırıb və sinəsini, belini və ombasını ovmağa başlayıb.

O, həmçinin əlavə edib ki, Epşteyn və Trampın bir-birlərinə baxıb gülümsədiyini görüb və bu, iki kişi arasında hansısa “oyun” olduğundan şübhələnməsinə səbəb olub.

Uilyams hadisədən sonra ikrah və utanc hissi keçirdiyini, həmçinin hadisənin səhnələşdirildiyini hiss etdiyini izah edib. O, ilk olaraq öz hekayəsini cinsi və gender əsaslı zorakılıq qurbanlarını dəstəkləyən və Kamala Harris üçün kampaniya aparan “Survivors for Kamala” konfransında danışmağa qərar verib. Uilyams deyib ki, o, Trampın yenidən seçilməsinə mane olmaq üçün ittihamlarını ictimaiyyətə çatdırmağa qərar verib.

Keçmiş prezidentin qərargahı ittihamları rədd edərək, onların uydurma olduğunu bildirib. Bu, Trampın cinsi istismarda ittiham olunduğu ilk hal deyil. Bundan əvvəl məhkəmə Trampın 1990-cı illərin ortalarında Nyu-York univermağında onu təqib etdiyini iddia edən yazıçı Cin Kerrollun ittihamlarını sübuta yetirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1683
avatar

Oxşar yazılar