Şimali Makedoniya Ukraynaya 4 “SU-25” hücum təyyarəsi verib.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, Şimali Makedoniya bu təyyarələri Ukraynadan 2001-ci ildə 4 milyon avroya almışdı. Ordu rəhbərliyi 2005-ci ildən bu maşınları satmağı planlaşdırmışdı.
Şimali Makedoniyanın Müdafiə Nazirliyi təyyarələrin Ukraynaya verilməsinin detallarını yaxın vaxtlarda açıqlayacağını bildirib.