KXDR tərəfindən aprelin 13-ü cümə axşamı buraxılan raket artıq yerə düşüb, düşdüyü ərazi dəqiqləşdirilir.
Bu barədə Lent.az Yaponiya Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Eyni zamanda, Yaponiya hökumətinin J-Alert xəbərdarlıq sisteminə əsasən, əvvəllər yerli sakinlərin təxliyyə olunacağı elan edilmiş şimal adası Hokkaydo üçün təhlükə ləğv edilir.