Pxenyan əvvəllər planlaşdırıldığı kimi hərbi kəşfiyyat peykini orbitə çıxaracaq.
Lent.az-ın “Yonhap” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Reuters-in Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Kim Çen In Şimali Koreyanın kəşfiyyat imkanlarını artırmaq üçün oxşar kosmik gəmilərdən ibarət qrup yerləşdirilməsinə də göstəriş verib.