Nigeriya polisi vağzala hücum edərək 30-dan çox adamı qaçıran naməlum silahlı şəxsləri axtarır.
Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
Nigeriyanın cənubundakı Edo əyalətindəki Tom İkimi stansiyasına hücum sərnişinlər qatar gözləyərkən baş verib. Avtomatla silahlanmış şəxslər bir neçə nəfəri də güllələyib.
Polis hücumçuların 32 nəfəri oğurladığını, bir nəfərin isə qaçmağı bacardığını bildirib.