ABŞ-ın Annapolis şəhərində (Merilend ştatı) otelin dayanacağında atışma baş verib.
Lent.az xəbər verir ki, bu barədə polisə istinadən "CBS" telekanalı məlumat yayıb.
Məlumata əsasən, silahlı şəxs otelin dayancağında bir kişini və bir qadını güllələyərək öldürüb, daha sonra isə intihar edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb, atışmanın səbəbləri aydınlaşdırılır.