Türkiyənin Samsunun vilayətinin Bafra rayonunda bir nəfər şəxs evdə silahını təmizləyərkən güllə açılıb.
Lent.az “Sputnik Türkiye”yə istinadən xəbər veir ki, həmin şəxs ehtiyatsızlıqdan anasını vurub.
Mədəsinə dəyən güllədən ağır yaralanan qadın sağlamlıq qrupları tərəfindən Bafra Dövlət Xəstəxanasına aparılıb.
Qısa müddətdə hadisə yerinə gələn polislər həmin şəxsi tapançası ilə birlikdə saxlayıb.
İstintaq davam edir.