Tayvanda siçanın dişlədiyi qadın koronavirusa yoluxub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, labarotoriyada siçanlar üzərində təcrübədə iştirak edən qadını siçan dişləyib.
Bundan sonra qadının koronavirusa yoluxduğu aşkarlanıb. Araşdırmalar nəticəsində qadına virusun həqiqətən də siçandan keçdiyi müəyyən edilib.
Qeyd edək ki, hazırda isə ona virusun siçanın dişləməsindən sonra, yoxsa digər üsullarla keçdiyi araşdırılır.