İspaniyada çimərliklərdə və hovuzların yaxınlığında çətir (şezlonqlar) uğrunda mübarizə yeni səviyyəyə çatıb.
Lent.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat verib.
Qeyd olunub ki, artıq bu tip dava salan turistlər cərimələnəcək.
Avropanın ən yaxşı turizm yerlərindən bəzilərində istirahət edənlər günəşdən qorunmaq üçün istifadə olunan şezlonqlara görə dava edirlər.
Yerli hakimiyyət orqanları və hotel menecerləri bu tip turistlərlə mübarizə aparmaq qərarına gəliblər.
Çətirlərini əvvəlcədən tərk edənlər 650 funt sterlinq cərimə ödəyəcəklər.