Seyran Ohanyanın  məhkəməsi başladı
08 may 2023 16:15 (UTC +04:00)

Seyran Ohanyanın məhkəməsi başladı

Mayın 8-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş müdafiə naziri, “Ermənistan bloku” fraksiyasının rəhbəri Seyran Ohanyana, ölkənin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin keçmiş komandiri Qriqori Xaçaturova və daha 11 nəfərə qarşı cinayət işinə baxmağa başlayıb. 

Lent.az-ın Ermənistan KİV-nə istinadla xəbərinə görə, Seyran Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Ermənistanın parlamenti baş prokurorun vəsatətləri əsasında fevralın 8-də Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.

Qriqori Xaçaturov vəzifə səlahiyyətlərindən istifadə edərək cinayət yolu ilə əldə edilmiş xüsusilə iri daşınmaz əmlakı leqallaşdırmaqda (çirkli pulların yuyulmasında) ittiham olunur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299
avatar

Oxşar yazılar