Mayami-İstanbul reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarə sərnişinin ölümünə görə Buxarest Hava Limanına məcburi eniş edib.
Bu barədə Lent.az "Digi 24" telekanalına istinadən xəbər verir.
“Mayamidən İstanbula uçan Türk Hava Yollarına məxsus təyyarə sərnişinin vəfat etməsindən sonra Buxarestə eniş etmək məcburiyyətində qalıb”, - deyə telekanalın saytında bildirilir.
Hava gəmisinin göyərtəsində 234 sərnişin olub.