Hindistanın şərqində, Qərbi Benqaliya ştatında sərnişin qatarı relsdən çıxıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qatarın ən azı beş vaqonu dəmir yolu relslərindən çıxaraq aşıb.
Nəticədə aşmış vaqonlarda onlarla insan qalıb. Qəza nəticəsində üç nəfərin öldüyü, iyirmidən çox insanın yaralandığı qeyd edilir. Qatarın relsdən çıxmasının səbəbləri hələlik açıqlanmır.
Hadisə yerində xilasetmə əməliyyatı aparılır.