Türkiyədə Qars valisi Türker Öksüz bildirib ki, qəza nəticəsində 7 nəfər ölüb, 22 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, Türkiyə ədliyyə naziri Yılmaz Tunç Qarsda hərəkətdə olan sərnişin avtobusunun şarampole aşması nəticəsində 7 nəfərin həyatını itirdiyi, 22 nəfərin yaralandığı qəza ilə bağlı sosial media hesabından paylaşım edib.
Tunc deyib:
"Qarsda baş verən yol qəzasında həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Xəsarət alan vətəndaşlarımıza tezliklə şəfa diləyirəm. Lazımi məhkəmə istintaqına başlanılıb. Əziz millətimə başsağlığı diləyirəm."
***
11:41
Türkiyənin Qars bölgəsində 50 metr hündürlükdən aşan sərnişin avtobus ölənlərin sayı açıqlanıb.
Lent.az TRT Haberə-ə istinadən xəbər verir ki, ilkin məlumata görə 5 nəfər həyatını itirib, 23 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.
Vəziyyəti ağır olan yaralı magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.
***
10:49
Türkiyədə qəzaya düşən avtobusdan yaralıların çıxarılması üçün qruplar çalışır.
Lent.az “Anadolu Ağentliyi”nə istinadən bildirir ki, avtobus təxminən 50 metr hündürlükdən aşıb.
***
10:26
Türkiyənin Qars bölgəsində Sarıqamış rayonunda sərnişin avtobusu yoldan aşıb.
Lent.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Çoxlu sayda ölən və yaralananın olduğu bildirilir.