Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın anası Nora Sərkisyan bu gün 93 yaşında Xankəndidə ölüb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə üçüncü prezidentin ofisinin “Facebook”dakı səhifəsində məlumat yayılıb.
Vida mərasimi noyabrın 8-də Xankəndidə keçiriləcək. Nora Sərkisyan ayın 9-da dəfn olunacaq.