İsti hava fransızları qayda pozmağa vadar edir.
Lent.az xəbər verir ki, isti havalarda Parisdə hər il təkrarlanan hadisə baş verir. Hətta ağır cərimə və həbs riski insanları qorxutmur.
Bu il də fransızlar küçədə sərinlənmək üçün yanğın hidrantlarını açıb küçədə çimirlər. Bəzən açıq hidrantın yanından keçən sürücülər də sürəti azaldıb avtomobili isladırlar.
Paris polis prefekturası bildirir ki, hidranta müdaxilə cinayət sayılır. Bu əmələ görə 75 000 avroyadək (təqribən 150 000 AZN) cərimə və 5 ilədək həbs cəzası nəzərdə tutulub.
Bu addım həm də təhlükəlidir. 2019-cu ildə təzyiqli su uşağı divara çırpmış, körpənin ürəyi dayanmışdı.