Serbiya prezidendən paylaşım: "Tezliklə çox böyük təhlükə olacaq"
27 mart 2024 07:38 (UTC +04:00)

Serbiya prezidendən paylaşım: "Tezliklə çox böyük təhlükə olacaq"

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, bu barədə onun rəsmi instaqram hesabında vətəndaşlara müraciət yer alıb.

Dövlət başçısının sözlərinə görə, son 48 saat ərzində Belqrad Serbiya və Serb Respublikasının “həyati vacib milli maraqlarını birbaşa təhdid edən” xəbər alıb.

“Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”, - Vuçiç yazıb.

Serbiya lideri başqa təfərrüatları açıqlamayıb.

# 2163
avatar

Oxşar yazılar