Bu gün səhər saatlarından separatçı “Donetsk respublikası” ərazindən Luqansk stanitsası və ətrafı atəşə tutulub.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, mərmilərdən biri uşaq bağçasına düşüb.
Həmin vaxt bağçada uşaqlar və tərbiyəçilər olub.
Atəş nəticəsində 3 nəfər yaralanıb. Uşaqlar təcili təxliyə ediliblər.
Separatçılar eyni zamanda Vrubovka yaşayış məntəqəsini də atəşə tutublar. Atılan mərmilərdən biri məntəqədə yerləşən liseyin həyətinə düşüb. Mərmi atılan zaman liseydə dərs keçirilirmiş.
Ukrayna silahlı qüvvələri separatçıların atəş nöqtələrini susdurublar.