Sudanın paytaxtı Xartumda çevik reaksiya qüvvələri ABŞ səfirliyinin zirehli maşınına atəş açıblar.
Lent.az xəbər verir ki, bu barədə "Al Arabiya" xəbər verib.
Bildirilib ki, “səfirliyin zirehli maşını xüsusi təyinatlılar dəstəsi tərəfindən qəsdən atəşə tutulub”.
Onların sözlərinə görə, diplomatlardan heç biri xəsarət almayıb.