Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Çelyabinsk vilayətindən səfərbər edilmiş 5 nəfər öldürülüb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, 74.RU portalı yazır ki, bu məlumatları Rusiya vilayətinin qubernatoru Aleksey Tekslerin mətbuat xidməti təsdiqləyib.
Bu, Rusiya hakimiyyətinin ehtiyatda olan hərbçilərin ölümü ilə bağlı ilk rəsmi məlumatıdır.