Türkiyənin Muğla şəhərində Vəkillər Kollegiyasına sədr seçkiləri keçirilib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, pandemiya səbəbilə təxirə salınan seçki iyunun 26 da başlayıb, 27-i səhər saatlarında bitib.
Kollegiyaya son üç dönəmdir rəhbərlik edən Cumhur Uzun 581 səslə yenidən qalib olub. Onun rəqibi Əminə Yenilməz Aydəmir isə 385 səs qazana bilib.
Ancaq bu seçkilər bülleten qutusundan Sedat Pekerin adı yazılan kağızların çıxması ilə yadda qalıb. Belə ki, səslər sayılarkən 7 nəfərin S. Pekere səs verdiyi məlum olub.