Sedat Peker
27 may 2021 17:06 (UTC +04:00)

Sedat Peker

Sedat Peker axtarışa verildi

Türkiyədə kriminal dəstə lideri kimi tanınan Sedat Peker barədə həbs qərarı verilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğundan verilən açıqlamaya görə, mütəşəkkil cinayətkar qruplaşma lideri Sedat Pekerlə bağlı həbs qərarı çıxarılıb və barəsində axtarış elan olunub. 

Qeyd edək ki, hazırda ölkə xaricində olan S.Peker barəsində İstanbul və Ankara prokurorluqlarında ayrı-ayrı cinayət işləri üzrə istintaq aparılırdı. Qruplaşma lideri bir müddət əvvəl Daxili İşlər naziri Süleyman Soylu və Binəli Yıldırımın oğlu Ekrem Yıldırım barəsində sərt ittihamlar səsləndirmişdi.

Onların şikayəti əsasında S.Pekerə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Mehman Nəbiyev

Oxşar yazılar