Rusiyanın Tomsk vilayətində mer seçkiləri zamanı gözlənilməz hadisə yaşanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, son mərhələdə şəhərin meri vəzifəsini icra edən Mixail Ratner və şəhər Qanunvericilik Dumasının deputatı Maksim Luçşev namizədliklərini geri götürüblər.
Şəhər dumasının sədri Çingiz Akatayevin sözlərinə görə,nə Ratner, nə də Luçşevin 25 faiz səs belə qazana bilmədiyi bir şəraitdə bu, məntiqi nəticədir.