"Savaş olmayacaq, "Taliban" Dustuma belə təklif göndərib"   - Kabildən Lent.az-a danışdılar - ÖZƏL
24 avqust 2021 16:48 (UTC +04:00)

"Savaş olmayacaq, "Taliban" Dustuma belə təklif göndərib" - Kabildən Lent.az-a danışdılar - ÖZƏL

“Pəncşirdən dəqiq bir xəbər yoxdur hələ. Görüşmələr, danışıqlar gedir. Hələ ki, heç bir nəticə əldə edilməyib. Böyük ehtimalla müharibə olmayacaq. Çünki Pəncşirdə olan Əhməd Məsud da koalisiyaya dəvət olunacaq. Hər kəs Əfqanıstan dövlətinə ortaq olacaq, təkcə “Taliban” deyil. Hətta marşal Dustuma da gəl deyirlər”. 

Bunu Lent.az-a hazırda Kabildə olan həmkarımız Əhməd Cavid bildirib. 

Onun sözlərinə görə, Əfqanıstanı idarə edəcək 12 nəfərin bir neçəsinin kimliyinə də artıq  aydınlıq gəliməsi barədə xəbərlər yayılıb.
“Bunlar keçmiş prezident Həmid Karzay, “Taliban”ın siyasi qanadının lideri Əbdül Qəni Bəradər, Molla Ömərin oğlu Mouləvi Yaqub, radikal “Hakkani” hərəkatının liderlərindən biri Xəlil Əl-Rəhman, keçmiş baş nazir Abdulla Abdulla, keçmiş xarici işlər naziri Hənifə Atmar və Əfqanıstan İslam partiyasının lideri Gülbəddin Hikmətyardır”.
Həmkarımızın dediyinə görə, bu sıraya Məsud və Dustumun qoşulacağı da ehtimal edilir. 
Əhmədin sözlərinə görə, hazırda paytaxt Kabildə sakitlikdi. Hətta şiə məscidləri belə açıqdı, hami ibadətini edə bilir.

Əhməd onu da deyir ki, “İnsanlar istədiklərini geyinə bilər, mətbuat və ifadə azadlığı var. İnsanları döymək, vurmaq və təhqir etmək yoxdur”

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6360
avatar

Oxşar yazılar