Satana da, alana da qadağa!  - Uşaqlarla bağlı qanuna DƏYİŞİKLİK EDİLDİ
11 dekabr 2021 17:17 (UTC +04:00)

Satana da, alana da qadağa! - Uşaqlarla bağlı qanuna DƏYİŞİKLİK EDİLDİ

Meksikada uşaqlara zərərli qidaların satılması qadağan edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika parlamentinin “Uşaq və Yeniyetmələrin Hüquqları haqqında” qanunda bildirilib.

Qanuna əsasən, bütün dövlət və özəl ibtidai məktəblərdə qablaşdırılmış yüksək kalorili qidaların və şəkərli içkilərin satışını, həmçinin, belə qida və içkilərin pulsuz paylanması qadağan edilib.

Qeyd edək ki, qanuna dəyişikliyin əsas məqsədi isə uşaqlarda piylənmənin qarşısını almaq və ibtidai məktəbə gedən uşaq, yeniyetmələrdə sağlam qidalanma vərdişlərini yaratmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Aytəkin Cəlali

Oxşar yazılar