Mərhum Britaniya şahzadəsi Diananın idarə etdiyi avtomobil rekord qiymətə satılıb.
Lent.az-ın xəbərinə görə 1985-ci ilin istehsalı olan Ford Escort hərracda 737 000 funt-sterlinqə (təxminən 1,5 milyon AZN) müştəri tapıb.
Şahzadənin 1985-1988-ci illərdə istifadə etdiyi avtomobil cəmi 40 000 km qət edib, yaxşı vəziyyətdədir. Müştərinin kimliyi açıqlanmır.