Yəmənin paytaxtı Sənada sədəqə paylanarkən yaranan izdihamda azı 90 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə təcili xidmətlərdəki mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.
Bildirilir ki, insident cümə axşamı gecə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib. Telekanalın məlumatına əsasən, izdiham "bir neçə tacir" tərəfindən sədəqə paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib.
***
Saat 04:30
Yəmənin paytaxtı Sənada ehtiyacı olanlara yardım paylama kampaniyasında izdiham yaşanıb.
Lent.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
İzdihamda 80-ə yaxın insan ölüb, 200 nəfər yaralanıb.
Kanal yerli mətbuata istinadən yazır ki, sahibkar küçədə 9 dollar paylayıb.
Hadisə yerində təcili xidmətləri işləyir.
Zərərçəkənlərin xəstəxanalara yerləşdirilməsi davam edir.
20 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilib və zərərçəkənlərin sayının artacağı bildirilib.