Şagirdi ilə cinsi əlaqədə olan müəllimə AĞIR CƏZA
13 aprel 2023 10:57 (UTC +04:00)

Şagirdi ilə cinsi əlaqədə olan müəllimə AĞIR CƏZA

ABŞ-da İllinoys ştatından olan müəllim şagirdi ilə cinsi əlaqədə olduğu üçün məhkəməyə verilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çikaqoda yaşayan 24 yaşlı Ana Li Dettore 2022-ci ilin may-avqust ayları arasında əvvəllər məşq etdiyi “Liberty Municipality Ohio” məktəbində şagirdlərdən biri ilə cinsi əlaqədə olmaqda təqsirləndirilib. Bundan əlavə, o, “yetkinlik yaşına çatmayanlar üçün zərərli məlumat yaymaqda” ittiham olunub. Yeniyetmənin yaşı dəqiqləşdirilməsə də, məhkəmə sənədlərində onun 13-16 yaş arasında olduğu göstərilir.

Dettore günahını tamamilə etiraf edib. Məhkəmə onu da nəzərə alıb ki, cinayətlər məktəb ərazisində deyil, dərsdən sonra baş verib.

Nəticədə, qadına beş il şərti həbs cəzası və bir sıra məhdudiyyətlər, o cümlədən yetkinlik yaşına çatmayanlarla şahidsiz ünsiyyətə qadağa və spirtli içki içmək və kafelərə getmək qadağan edilib. Bundan başqa, məhkəmə Dettoreni seksual cinayət törədənlər siyahısına əlavə edib və hər altı aydan bir yaşadığı yer barədə məlumat verməyi əmr edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3540
avatar

Oxşar yazılar