Martın 7-də Ukrayna xalqını qorumaq üçün Koreyadan bir qrup könüllünün (keçmiş xüsusi təyinatlıların əsgərləri) Ukraynaya gəldiyi məlum olub.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, Rusiyaya qarşı döyüşmək qərarına gələn könüllülərdən ibarət qrupa bloger və keçmiş xüsusi təyinatlı döyüşçüsü Yuk Li Qın rəhbərlik edir.
Seul artıq onu və yoldaşlarını Ukraynadan qayıdacaqları təqdirdə vətəndaşlıqdan məhrum edilməklə hədələyib.