Avqustun 1-dən etibarən Avropaya Rusiyada hasil edilmiş daş kömürün idxalı tam qadağan olunur.
Lent.az-ın Gazeta.ru-ya istinadla xəbərinə görə, qadağa Aİ-nin Rusiyaya qarşı 65-ci sanksiyalar paketinə daxildir. Apreldə qəbul edilmiş paketə görə, Rusiyada hasil edilən, və ya Rusiyanın ixrac etdiyi daş kömür və digər bərk yanacaqların İttifaq ərazisinə gətirilməsi qadağan edilir.