Rusiyanın Ukraynadakı itkiləri  ilə bağlı daha bir AÇIQLAMA
06 mart 2022 16:48 (UTC +04:00)

Rusiyanın Ukraynadakı itkiləri  ilə bağlı daha bir AÇIQLAMA

0

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı iki desant zabiti Konstantin Zizevski və Yuri Aqarkov ölüb. Pskov vilayətinin qubernatoru Mixail Vedernikov həmyerlilərinin ölümü ilə bağlı “Instagram” hesabında yazıb.

Vilayət rəhbəri vurğulayıb ki, Zizevski və Aqarkov Rusiyanın təhlükəsizliyini mərd və cəsarətlə müdafiə edərək öz borclarını şərəflə yerinə yetiriblər.

Martın 5-də Başqırdıstan rəhbəri Radiy Xabirov Ukraynada keçirilən xüsusi əməliyyat zamanı 3 Rusiya əsgərinin öldüyünü açıqlayıb.

Martın 2-də Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynadakı əməliyyatlar zamanı Rusiya hərbçilərinin itkilərindən danışıb. Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun sözlərinə görə, fevralın 24-dən bu yana ölənlərin sayı 498 nəfər təşkil edib, 1500-dən çox insan yaralanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3294

Oxşar yazılar