Rusiyanın Ukraynada məhv edilən briqada komandirinin adı bəlli oldu-YENİLƏNİB
23 mart 2022 13:01 (UTC +04:00)

Rusiyanın Ukraynada məhv edilən briqada komandirinin adı bəlli oldu-YENİLƏNİB

0

Rusiya ordusunun 810-cu dəniz piyada briqadasının komandiri Aleksey Şarov Mariupol yaxınlığında ləğv edilib.

Lent.az bildirir ki, bu barədə Ukrayna mediasında məlumat verilib.

Rəhbəri öldürülən bu briqada daimi olaraq Krımda yerləşdiyi qeyd olunur.

***

11:43

Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini məhv edib.

Lent.az bildirir ki, bu barədə UNİAN-a Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuka istinadən xəbər verib.

Spiker öldürülən komandirin ad-soyadını açıqlamayıb.

O söyləyib ki, Odessaya hücum planlaşdıran Rusiya dəniz piyadaları Nikolayevlə Mariupol şəhərləri arasında mövqe tutub: “Rusiya dəniz piyadaları briqadasının komandiri məhv edilib. Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəsin aqibəti belə olacaq. Onları bağışlamaq olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4635

Oxşar yazılar