Rusiyanın tank kolonu Ukrayna paytaxtının 64 km-də görülüb.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu fotonu reuters agentliyi yayıb. Agentliyə şəkli ABŞ-ın Maxar technologies şirkəti təqdim edib. Fotoda texnikanın Kiyev vilayətinin İvankov qəsəbəsində olduğu görünür.
Burada tanklardan başqa PDM-lər və özüyeriyən artilleriya da var.