“Rusiyanın  səhv addımlarına   göz yummamalıyıq” - Çavuşoğlu
22 mart 2022 18:06 (UTC +04:00)

“Rusiyanın səhv addımlarına göz yummamalıyıq” - Çavuşoğlu

1

"İlk növbədə Ukrayna məsələsində hər kəsin niyyəti atəşkəs və sülh olmalıdır".

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun fikrincə, hər kəs bu məsələdə məsuliyyətli olmalıdır.

“Hər kəs konstruktiv addımlar atmalıdır. Mən bunu dedikdə Rusiyanın etdiyi səhvlərə göz yummaq lazımdır demirəm, müharibəni dayandırmalıyıq. Atəşkəsin təmin edilməsi lazımdır. Və bundan sonra atılması lazım olan addımlar da var ki, onların arasında etimadın bərpası, münasibətlərin normallaşması da var. Hər müharibə sülh də gətirə bilər. Amma davam edən müharibənin zərərini Ukrayna, məsum insanlar ödəyir”, - Çavuşoğlu bildirib.

Nazir onu da bildirib ki, dünən axşamdan Rusiya və Ukrayna tərəfi ilə, xüsusən də, Belarusda görüşən xüsusi nümayəndələrlə təmasdadırlar: “Hansı mövzularda yaxınlaşma var, bunu öyrənirik. Elə olur ki, razılaşdıqları məsələlərdə bir gün sonra fərqli vəziyyət yaranır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2700

Oxşar yazılar