Rusiyanın hərbi kolonu Liman yaxınlığında belə məhv edildi -  VİDEO
03 oktyabr 2022 18:53 (UTC +04:00)

Rusiyanın hərbi kolonu Liman yaxınlığında belə məhv edildi - VİDEO

Ukrayna Silahlı Qüvvələri Liman istiqamətində Rusiya hərbçilərinin bir hissəsini məhv edib, başqa bir hissəsi əsir götürüldü, lakin bəziləri ayrı-ayrı kolon və ya kiçik qruplarla mühasirədən çıxmağı bacarıb. 

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bunu Şərq Qüvvələri Qrupunun nümayəndəsi Sergey Çerevatıy milli xəbər telemarafonunun efirində deyib.

“Onların bəziləri fiziki cəhətdən məhv edilib, bəziləri əsir götürülüb, bəziləri isə kolon və ya kiçik qruplar halında mühasirədən çıxa bilib. İndi bir hissəsi Kremennayanın müdafiəyə qalxmağa çalışır.

Hərbçilərimiz sabitləşdirmə, Rusiya hərbçilərinin qalıqlarını (meşələrdədirlər) tutmaq, ərazini minalardan təmizləmək işlərini davam etdirir", - o, vurğulayıb. 

“The Guardian”ın jurnalistləri Rusiya hərbçilərinin mühasirədən çıxmağa çalışdıqları kolonlardan birinin videosunu yayımlayıblar. Bu kadrların yer aldığı videonu Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko yayımlayıb.

Qeyd edək ki, Britaniya kəşfiyyatının məlumatına görə, Liman yaxınlığındakı məğlubiyyət Rusiyanın siyasi uğursuzluğudur.
 

Rusiyanın hərbi kolonu Liman yaxınlığında belə məğlub edildi

# 2526
avatar

Oxşar yazılar