Valentin Qapontsev
23 oktyabr 2021 18:47 (UTC +04:00)

Valentin Qapontsev

Rusiyalı milyarder ABŞ-da öldü

Rusiyalı fizik, milyarder və IPG Photonics şirkətinin həmsahibi Valentin Qapontsev ABŞ-da vəfat edib.

Lent.az bildirir ki, bu barədə “Forbes” ailəyə yaxın məbəyə istinadla məlumat yayıb. İş adamının oğlu Denis Qapontsev də atasının öldüyünü təsdiqləyib. 

Biznesmen uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Qapontsevin ölümünün dəqiq səbəbləri hələlik məlum deyil. Qeyd olunur ki, o, son bir neçə ildə xərçənglə mübarizə aparırdı.

Valentin Qapontsev lazer fizikası və texnologiyası, fiber və optoelektron texnologiyaları sahəsində ilk sahibkarlardan biri idi.

O, 1939-cu ildə Lvovda anadan olub, Lvov Politexnik İnstitutunu bitirib və SSRİ Radio Sənayesi Nazirliyinin dizayn bürolarından birində işə başlayıb. Aspiranturanı bitirəndən sonra SSRİ Elmlər Akademiyasında işləməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4083

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23