İL-96
06 mart 2022 05:03 (UTC +04:00)

İL-96

Rusiyalı diplomatların təxliyəsi üçün ABŞ-a təyyarə yollandı

0

Rusiyalı diplomatları vətənə qaytarmaq üçün Vaşinqtona yollanan təyyarənin bir neçə saat sonra ABŞ-ın paytaxtına enməsi gözlənilir.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, İl-96 tipli təyyarə deportasiya olunan rusiyalı diplomatları və onların ailələrini Moskvaya gətirməlidir. Rəsmi Vaşinqton hava məkanını Rusiya təyyarələrinə bağlasa da, bu reys üçün xüsusi icazə verilib. Məqsəd təxliyə prosesini sürətləndirməkdir.

Rəsmi Vaşinqton BMT-də çalışan 12 rus diplomatı casusluqda ittiham edərək ölkədən çıxarıb. Rusiya XİN-in məlumatına görə, bu təşkilatda yüzdən çox rusiyalı diplomat işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2881

Oxşar yazılar