Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
07 sentyabr 2025 06:45 (UTC +04:00)

Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"

0

Yakutskda (Rusiya) təşəbbüs qrupu "WhatsApp" mesencerinin təntənəli "dəfn mərasimi"ni keçirib.

Lent.az bu barədə "Sakha Life"a istinadla xəbər verir.

Bildirilir ki, təşkilatçılar tərəfindən "köhnə dostla vidalaşma" adlandırılan tədbir şəhər restoranlarından birində keçirilib. Aksiya iştirakçıları təşkilata məsuliyyətlə yanaşıb, bəzi ritualları bütün ciddiyəti ilə yerinə yetiriblər.

"Əziz yaşıl mesencer, çoxillik ünsiyyət üçün təşəkkür edirik. Bütün əlaqələr saxlanılıb, çatlar köçürülüb. Artıq irəli getmək vaxtıdır", - deyə tədbir iştirakçılarından biri deyib.

Xatırladaq ki, "Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" mesencerlərində zənglərin qismən məhdudlaşdırılması istiqamətində tədbirlər görüb. Qurumun izahına görə, bu platformalar Rusiya vətəndaşlarını aldatmaq, pul mənimsəmək, diversiya və terror fəaliyyətinə cəlb etmək üçün istifadə olunan əsas səsli rabitə xidmətlərinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 719

Oxşar yazılar