Rusiyada qubernator  bıçaqlandı
05 aprel 2024 01:03 (UTC +04:00)

Rusiyada qubernator bıçaqlandı

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis bıçaqlanıb.

Lent.az APA-ya istinadən Rusiya bürosu xəbər verir ki, Çibis xəstəxanaya yerləşdirilib. Ona hücum edən şəxs isə saxlanılıb.

Qubernator Andrey Çibis Apatitidəki “Stroitel” mədəniyyət mərkəzində vətəndaşlarla görüşdən sonra çölə çıxıb.

Bu zaman naməlum şəxs qubernatorun yanına gələrək onu qarnından bıçaqlayıb.

İlkin məlumata görə, Çibisin həyatı üçün heç bir təhlükə yoxdur.

Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri hücumun səbəblərini araşdırır.

İstintaq Komitəsinin bildirib ki, Murmansk vilayətinin qubernatoruna hücum edən şəxs Rosqvardiya tərəfindən saxlanılan zaman yaralanıb.

Rusiya "Telegram" kanalları Murmansk vilayətinin qubernatoruna hücum edən şəxsin Apatit şəhərinin sakini 42 yaşlı Aleksandr Bıdanov olduğunu açıqlayıb.

# 1794
avatar

Oxşar yazılar